Suqmayıtda zavoddan maşın oğurlayan dəstə tutuldu

Suqmayıtda zavoddan maşın oğurlayan dəstə tutuldu
 

Daxili İşlər Nazirliyinin məlumatına əsasən Paralel.az-ın verdiyi xəbərə görə, sentyabrın 28-də Sumqayıt şəhərinin Betonzavod ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri N.Mərdanzadə, E.Mövlüdov, əvvəllər məhkum olunmuşlar H.Nurəliyev, F.Ağabalazadə və Bakı şəhər sakini A.Həsənov Sumqayıt şəhəri ərazisində avtomobillə saxlanılıblar.

0.015918970108032