Bakının qara siyahısında 200 nəfər Qarabağ ermənisi var – “Reuter”

Bakının qara siyahısında 200 nəfər Qarabağ ermənisi var – “Reuter”
 

Azərbaycanın müxtəlif cinayətlərdə ittiham edərək saxlamaq istədiyi 200-ə yaxın Dağlıq Qarabağ ermənisinin siyahısı var, bu barədə Reuters adının açıqlanmasını istəməyən “yüksək vəzifəli diplomata” istinadla məlumat yayıb.

Separatçıların liderlərinin ilk həbsləri artıq başlayıb və yaxın gələcəkdə davam edəcək.

Qeyri-rəsmi məlumatlara görə, separatçıların lideri Samvel Şahramanyan regionun keçmiş və hazırkı rəhbərlərinin Qarabağdan maneəsiz çıxışına icazə almaq üçün Bakı ilə danışıqlar aparır.

Bir müddət əvvəl Bakı ordunun və güc qurumlarının şəxsi heyətinin Qarabağdan çıxmasına razılıq verib. (Turan)

Paralel.az

0.020188093185425