Gürcüstan Ukraynaya çevrilməyəcək - Qaribaşvili

Gürcüstan Ukraynaya çevrilməyəcək - Qaribaşvili
 

Bir çox insanlar ölkədə “ukraynalaşma”, “əfqanlaşma”, Suriya ssenarisinin təkrarlanmasını istəyir, lakin hakimiyyət buna imkan verməyəcək.

Paralel.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

“Bunu istəyənlərə lazımi cavablar veriləcək”, - deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifətinin təmsilçilərindən, deputat Qubaz Sanikidze ölkədə Rusiyaya qarşı ikinci cəbhənin açılması çağırışı etmişdi.

 

0.024901151657104