Zaxarovadan Makrona: "Fantazyordur", nə deyə bilərəm?

Zaxarovadan Makrona:
 

“Xəyalpərəst (fantazyor-red.), nə deyə bilərəm. Bu, yalnız zəngin təxəyyül ilə edilə bilər”.

“Ölkə.Az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Rusiyanı Azərbaycanın şəriki adlandıran və Ermənistanın ərazi bütövlüyünü təhdid edə biləcək bəyanatlarını şərh edərkən deyib.

“Ümumiyyətlə, başa düşülmür ki, söhbət nədən gedir. Bəlkə də Fransa prezidenti heç kimin bilmədiyi bir şeyi bilir. Nə demək istədiyini başa düşmək istərdim... Bu, növbəti ikiüzlü cəhddir... Bu cür açıqlamalarla baş verənlərin mexanizmini açır. Yəni biz əvvəllər demişdik ki, İrəvandakı məmurlar öz əməllərinə görə məsuliyyəti başqalarının üzərinə yıxmağa çalışırlar, indi də görürük ki, onları bu işə kim sövq edib. Biz Fransa hakimiyyətinin bu texnikalarını Afrika ölkələrinin timsalında yaxşı bilirik”, - Zaxarova bildirib.

O əlavə edib ki, Fransa nümayəndələrinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə cəlb olunması göz qabağındadır: “Onlar regiona sülhün qaytarılması məqsədi güdən vasitəçi mövqeyindən deyil, yalnız öz siyasi maraqlarından çıxış ediblər”.

Mürtəza
Ölkə.Az

 

0.016294956207275