Ərdoğan açıqladı: Türk dövlətləri Şimali Kiprin müstəqilliyini tanıyacaq

Ərdoğan açıqladı: Türk dövlətləri Şimali Kiprin müstəqilliyini tanıyacaq
 

“Azərbaycan noyabrın 3-də Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu məsələ ilə bağlı ciddi əzmkarlıq var. Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır”.

“Paralel.az” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirəm ki, KKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir”- prezident Ərdoğan bildirib. 

Ərdoğan əlavə edib ki, KKTC ilə birlikdə həll yolu tapmaq üçün bütün yollara, formullara, o cümlədən federasiya formuluna da səmimi yanaşılıb: “Ancaq bundan sonra Kiprdə iki dövlətli həldən başqa bir variantın olmadığı aydın oldu. İndi bütün səhvləri siləcək düzgün addım atmağın vaxtıdır”.

 

 

0.011549949645996