Azərbaycan millisinin baş məşqçisi: "Komandada böyük dəyişikliklər olacaq"

Azərbaycan millisinin baş məşqçisi:
 
 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
FUTBOL
26 Sentyabr , 2023 14:17

Azərbaycan millisinin baş məşqçisi: "Komandada böyük dəyişikliklər olacaq"

Azərbaycan millisinin baş məşqçisi: Komandada böyük dəyişikliklər olacaq

"Komandada böyük dəyişikliklər olacaq. Yenidən A Divizionuna qayıtmalıyıq".

Bunu "Report"a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov Avropa Superfinalında 14-cü yeri tutmaları ilə bağlı danışarkən deyib.

Mütəxəssis bu nəticədən sonra B Divizionuna düşdüklərini xatırladıb: "Dəyişiklik etmək və heyəti yeniləmək lazımdır. Bildiyiniz kimi, bu idman növünə futbolçu da tapa bilmirik. Oyunçu gətirmək, cəlb etmək çətindir".

Zeynalov turnirdə zəif çıxış etdiklərini söyləyib: "İstədiyimiz nəticəni əldə edə bilmədik. Hazırlıq həmişəki kimi keçmişdi. Təlim-məşq toplanışı olmadı. Belə turnirlərə yaxşı hazırlaşa bilmirik. İki ay ərzində yığışıb bu cür yarışda oynayırıq. Onu deyə bilərəm ki, uğurlu çıxış üçün təcrübə və motivasiya çatmadı".

Baş məşqçi özünün komandadan ayrılmaq ehtimalı barədə sualı da cavablandırıb: "Hələlik rəhbərliklə görüşməmişəm. Onlarla danışandan sonra bütün məsələlərə aydınlıq gələcək".

0.0099859237670898