Bayden avtomobil sənayesi işçilərinin etiraz aksiyasına qatılacaq

Bayden avtomobil sənayesi işçilərinin etiraz aksiyasına qatılacaq
 

ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamının iş qrafikinə əsasən, Miçiqan ştatına gedərək, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 20:00) avtomobil sənayesi işçilərinin tətilinə qoşulmağı planlaşdırır.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçısı “özlərinin yaratdıqları səmərələrin ədalətli payı uğrunda mübarizə aparan” fəhlələrin piketinə qoşularaq kişi və qadınları dəstəkləmək niyyətindədir.

Tədbir iki saatdan az davam edəcək, bundan sonra dövlət başçısının təyyarə ilə Kaliforniya ştatının San-Fransisko şəhərinə uçması planlaşdırılır.

Baydenin əsas siyasi rəqibi, eyni zamanda 2024-cü ildə prezidentliyə namizəd olacaq respublikaçı Donald Trampın çıxışından bir gün əvvəl Miçiqana səfər edəcəyi gözlənilir.

Tramp da öz növbəsində hakimiyyətə gələcəyi təqdirdə enerji qiymətlərini kökündən aşağı salacağına söz verib. Bundan əlavə, o, beynəlxalq ticarətdə bir çox xarici mallara tariflərin qoyulmasının tərəfdarıdır.

0.015161991119385