Qaynanasını təhqir edərək boşanan gəlinə aliment verilməyəcək

Qaynanasını təhqir edərək boşanan gəlinə aliment verilməyəcək
 

Türkiyə Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası qadının qayınanasını təhqir etməsini əsas gətirərək boşanma işində qadına aliment təyin edilməsinə dair məhkəmə qərarını ləğv edib.

Paralel.az xəbər verir ki, palatanın qərarına görə, ər-arvad evlilik birliyinin kökündən sarsıldığını əsas gətirərək qarşılıqlı boşanma ərizəsi verib. Yerli məhkəmə ərinin anasını təhqir edən qadını və qadına cavab verən əri günahkar hesab edərək, cütlüyün boşanmasına və qadına aliment verilməsinə qərar verib.

Samsun Bölgə Ədliyyə Məhkəməsi 4-cü Mülki Kollegiya tərəfindən yerli məhkəmə qərarının qanuni olduğu müəyyən edildikdən sonra tərəflər qərardan "təqsir və alimentin müəyyən edilməsi" baxımından apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətini müzakirə edən Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası yerli məhkəmənin qərarını ləğv edib.

Türkiyə Mülki Məcəlləsinin 175-ci maddəsinə əsasən, boşanma nəticəsində yoxsulluğa düçar olacaq tərəf, təqsirindən çox olmamaq şərti ilə qarşı tərəfdən maddi imkanlarına uyğun olaraq qeyri-müəyyən müddətə aliment tələb edə biləcyi qeyd olunan əsasnamədə hazırkı işdə qadının “tamamilə günahkar” olduğu müəyyən edildiyi yazılıb.

Əsasnamədə "Aliment tamamilə təqsirli olan qadının xeyrinə hesablana bilməz. Ona görə də qadının aliment tələbi rədd edilməli olduğu halda, onun qəbulu düzgün qiymətləndirilməyib və ləğv edilməsi tələb olunub" ifadəsi işlədilib.

 

0.014745950698853