Lavrov BMT Baş Assambleyasında Qərbi kəskin tənqid edib

Lavrov BMT Baş Assambleyasında Qərbi kəskin tənqid edib
 

ABŞ və Avropa çox vaxt öhdəliklər götürür və onları yerinə yetirmir.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirəsində deyib.

"Dünyanın qalan hissəsinə yuxarıdan aşağı baxmağa öyrəşmiş amerikalılar və avropalılar tez-tez vədlər verir, öhdəliklər, o cümlədən yazılı və qanuni öhdəliklər götürür, sonra isə onları sadəcə yerinə yetirmirlər”.

 

0.015889883041382