Azərbaycan XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib

Azərbaycan XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib
 

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Milli Günü münasibətilə təbrik edib.

XİN-in “X” hesabında yazılıb.

“Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - XİN-in təbrikində qeyd olunub.

Bundan başqa, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik ünvanlayıb.

“Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!”, - təbrikdə bildirilib.

 

0.015748023986816