Uduzan tərəf Ermənistan və onun Qərbli tərəfdaşları Amerika və Fransadır

Uduzan tərəf Ermənistan və onun Qərbli tərəfdaşları Amerika və Fransadır
 

“Bölgədə baş verən proseslər hazırda Azərbaycan və Türkiyənin xeyrinədir. Uduzan tərəf Ermənistan və onun Qərbli tərəfdaşları Amerika və Fransadır”.

Bu barədə “haber7”nin Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin həyata keçirilməsi və  yaranmış vəziyyətlə bağlı məqalədə yazılıb.
“Qarabağda silahı yerə qoymaqdan imtina edən erməni quldur dəstələri hələ də məcara axtarıçındadılar. Bölgədəki bütün terrorçular yox olacaq.  Qarabağ azad olacaq. Zəngəzur dəhlizi qalacaq. O dəhliz gec-tez açılacaq. İnşallah növbəti qələbənin ünvanı Zəngəzur olacaq”, - məqalədə deyilir.

Məqalədə  qeyd olunub ki, Ermənistan İkinci Qarabağ savaşından sonra ötən 3 il ərzində üzərinə götürdüyü öhdəliyi nəinki yerinə yetirmədi, eyni zamanda Azərbaycan ordusuna qarşı təhdidlər, təxribatlar 2023-cü il sentyabrın 19-dək artmaqda davam edib.

“Azərbaycan kəşfiyyatı təxminən 3 il ərzində erməni quldur dəstələrinin bölgədəki fəaliyyətini mərhələ-mərhələ izləyib. Sayı 10 mini keçən terrorçuların bölgədə ağır silahlar topladığı və tikinti texnikası ilə döyüş mövqeləri qazdıqları görülüb. Bakı anladı ki, bölgədə qan tökülür və Qarabağ üçün xüsusi status planı qüvvəyə minəcək. O, lazımi anda hərəkətə keçməyi gözlədi və bunun üçün ən uyğun an seçildi. Artıq antiterror tədbrilərinə əl atmaq üçün Qarabağda zəmin  yaradılmışdı. Əməliyyatı həyata keçirilməsi ABŞ ilə Ermənistanın birgə təlimin bitdiyi günə qədər gözlənildi. Azərbaycan qərarını BMT Baş Assambleyası zamanı bütün dünyaya bəyan etdi. Qarabağda qalan işğalçı quldur dəstələrinin təxribatları və döyüş hazırlığı antiterror tədbrilərinin başlanmasına şərait yaratdı. Erməni terrorçularına o qədər zərbə vuruldu ki, 24 saat ərzində “təslim olduq” elan edildi. Bununla da Qarabağla bağlı bütün  mərkli oyunlar pozuldu, xüsusi status arzuları puç oldu, Qarabağın işğaldan tam azad olunması üçün geriyə sayım başladı”, -nəşr yazır.

Nəşr yazır ki, İrəvanın bundan sonrakı addımı Qarabağı həmişəlik unudub qonşu dövlətlərlə normallaşmağa çalışmaq olmalıdır: “Ermənistan bu mövqeyindən geri çəkilməzsə, o zaman  İrəvanın yeganə müttəfiqi İran olacaq, Paşinyan isə daxili siyasətdə ilişib qalacaq və kreslosu ilə vidalaşıb tarixin səhnəsindən silinəcək”.

Nəşr onu da yazır ki, Rusiya  təbii olaraq Cənubi Qafqaza nəzarəti itirməmək üçün hər şeyi edəcək. 

Nəşr onu da yazır ki, Paşinyanın qonşu ölkələrlə  nomal və harmoniyada şəklində yaşama istəyinin olması və bunun regiona mümkün müsbət təsirləri bəzilərini narahat edə bilər.

 

 

0.013160943984985