"Real" azarkeşlərinə Arda Gülərlə bağlı vacib xəbər

 

Madrid "Real"ının futbolçusu Arda Gülər zədəsini tam sağaldıb.

Offsideplus.az "AS"a istinadla xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi “kral klubu"nun bugünkü məşqinə qatılıb.

Futbolçular əvvəlcə idman zalında məşq edib, daha sonra meydanda topa çalışmaları yerinə yetiriblər.

Məlumata görə, Arda Gülərlə birlikdə Vinisius da məşqin bir hissəsində komanda ilə birlikdə çalışıb.

Evdə keçiriləcək “Las Palmas” matçı üçün Arda Gülər heyətdə yer alacaq.

 

0.014410018920898