Ermənilər üçün ərzaq aparan avtomobillərdən xəbər var

Ermənilər üçün ərzaq aparan avtomobillərdən xəbər var
 

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

AZƏRTAC xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.

 

0.017731904983521