Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
"Qarabağ şəksiz-şübhəsiz Azərbaycan ərazisinin bir hissəsidir".
Paralel.az Təsnimə əsasən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
O, bölgədə ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunmasının zəruriliyini vurğulayıb:
"Lakin biz ermənilərin hüquqlarını qorumaq və onların vəziyyətinə hörmətlə yanaşmağın zərurət sayırıq. Bununla bərabər, beynəlxalq sərhədlərin dəyişməzliyinə təkid edirik".