L'Opinion”: “Azərbaycan 24 saatdan az müddətdə regiondakı vəziyyəti dəyişdi”

“L'Opinion”: “Azərbaycan 24 saatdan az müddətdə regiondakı vəziyyəti dəyişdi”
 

“Azərbaycan 24 saatdan az müddətdə Qarabağ regionundakı vəziyyəti dəyişdi”.

"Ölkə.az" xəbər verir ki, bu fikir Fransanın “L'Opinion” qəzetində dərc olunan məqalədə yer alıb.

Məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərindən sitat gətirilib:

“Sentyabrın 9-da Qarabağda keçirilən qondarma “yeni prezident seçkisi” rəsmi Bakı üçün “qırmızı xətt”ə çevrildi”.
“Antiterror tədbirlərinin keçirilməsinə səbəb olan əsas məqam isə Ermənistan hərbçiləri tərəfindən quraşdırılmış minaların partlaması nəticəsində 11 nəfərin şəhid olmasıdır”, - məqalədə deyilir.

Rəsmi Bakı uzun müddətdir Ermənistandan 10 minə yaxın qoşun kontingentini suveren ərazisindən çıxarmağı tələb edirdi. Bu mövcudluq 2020-ci il razılaşmasına zidd idi. Çərşənbə axşamı başladılan antiterror tədbirləri məhz Qarabağda yerləşən bu qanunsuz hərbi birləşmələrə qarşı yönəlib.

“Güman ki, Cənubi Qafqazın geosiyasi xəritəsi elə gözümüzün qabağında dəyişdi”, - nəşr yazır.(Report)

 

0.015835046768188