“Plan belədir: ərazilər qaytarılır, dəhliz açılır və…” - Qeqamyan
Varujan Qeqamyan “artsax” xülyalarının üstündən birdəfəlik xətt çəkildiyini deyir.
Paralel.az erməni mediasına istinadən xəbər verir ki, ekspert Azərbaycan ordusunun son antiterror tədbirləri ilə bunun tarixin zibilliyinə atıldığını etiraf edir.
Qeqamyan bundan sonrakı aşağıdakı addımların atılacağını proqnozlaşdırır:
“Ermənistan-Azərbaycan müqaviləsi (sülh) imzalanır, burada bir neçə bənd olacaq:
“Ermənistanın Tavuş, Ararat və Vayots Dzor bölgələrindəki anklavlar (Qazaxın və Naxçıvanın kəndləri) Azərbaycana qaytarılır;
Sünik və Tavuş üzərindən Azərbaycan və Türkiyəyə dəhliz verilir, bunlardan biri “Zəngəzur dəhlizi” adlandırılır;
Azərbaycan türkləri (on minlərlə) Ermənistan ərazisində kütləvi şəkildə məskunlaşdırılır, onların hüquqları Türkiyə və Azərbaycanın beynəlxalq təminatları ilə təmin edilir;
Ermənistan Respublikası silahlı qüvvələri ixtisar edilir, atom elektrik stansiyası (Metsamor AES) bağlanılır, təhsil sistemi dəyişdirilir;
Ermənistan Respublikasının bir çox vətəndaşı Azərbaycanın ərazi bütövlüyü əleyhinə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunur”.