Çində tornado fəlakəti: ölənlər və yaralananlar var - VİDEO

Çində tornado fəlakəti: ölənlər və yaralananlar var - VİDEO
 

Çinin şərqindəki Szyansu əyalətində tornado baş verib.

“Reuters”xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.

İlkin məlumata görə, 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Şəhərin fövqəladə hallar idarəsinin məlumatına görə, 41,8 hektar əkin sahəsinə də ziyan dəyib.

 

0.011250972747803