Vatsapın münasibətə vurduğu zərər – Eşq həyatınızı sonlandıra bilərqa

Vatsapın münasibətə vurduğu zərər – Eşq həyatınızı sonlandıra bilərqa
 

Vatsap yaxşı və qaydasında gedən bir münasibəti məhv edə bilər.

Ölkə.Az , türkiyəli bədən dili mütəxəssisi Aşkım Kapışmaka istinadla xəbər verir ki, bu səbəblər aşağıdakı kimidir. 

Vatsapda yazışanda hissləri ötürməyin mümkün olmaması, smayliklərdən istifadə etsəniz belə, əsl sevgini göstərməyə mane ola bilər.

Son görülmə vaxtı vatsapdakı ən təhlükləli şeylərdən biridir. Xüsusilə də vatsapda aktiv olduğunuz görünürsə və sizə yazılan mesajı oxumamısınızsa, bu, mübahisəyə səbəb ola bilər.

Vatsap həmçinin yalanları “sənədləşdirən” bir tətbiqdir. Əgər danışdığın hansısa məsum yalanı unutsan, keçmişin azacıq araşdırılması ilə hər şey üzə çıxa bilər. 

Davamlı olaraq vatsapda yazışmaq görüşlərdəki həyəcanlı söhbətlərin mövzusunu məhdudlaşdıraraq görüşün sıxcı keçməsinə səbəb ola bilər. 

Sevgiliniz yanınızda olanda gələn hər hansı vatsap mesajı qısqanclığa səbəb ola bilər.  

Sevgilinizin yanınızda olmadığı anlarda davamlı olaraq foto, səsyazma tələb etməsi qısqanclığın dozasını artıra bilər. 

 

 

0.014895915985107