Bir cərrahın müharibə günləri: “Hamı dedi ki, ölüb-eləmə” - VİDEO

Bir cərrahın müharibə günləri: “Hamı dedi ki, ölüb-eləmə” - VİDEO
 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Vətən müharibəsində həkim kimi xidmət göstərən Tural Abbaszadə Baku TV-yə müsahibə verib.

Müharibənin ilk günündən cəbhəyə yollanan həkim həmin dövrdə yaşadığı unudulmaz anlardan danışıb.

“Bütün müayinə və müalicələri saysaq, ilk günlərdə elə olub ki, 200-ə yaxın xəstəyə baxmışıq”, - deyə cərrah qeyd edib.

T.Abbaszadə şəhid olduğu deyilən əsgəri xilas etməsindən də bəhs edib:
“Aşağı ətraflarının ciddi zədələnməsi var idi. Əməliyyat masasında keçindiyini dedilər. Qonşu otaqda əməliyyatımı bitirib, çıxdım, ürək masajı etdim. Daha sonra şprislə ürəyinə adrenalin vurdum, əsgər ayıldı”.

Ətraflı süjetdə:

 

0.013929843902588