Paşinyana müraciət: - Siz məğlubsunuz!

Paşinyana müraciət: - Siz məğlubsunuz!
 

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana

            Müraciət

Cənab Baş nazir!

Hər bir savaşda bir qalib və bir də məğlub olur.

Siz məğlubsunuz!

Sadəcə, məğlubiyyətinizlə barışa bilmədiyiniz üçün manevrlər edir, ucuz şoular sərgiləməklə dünyanın diqqətini özünüzə cəlb etmək istəyirsiniz.

Dünya dəyişdi. Amma siz yeni dünya düzənini düzgün dəyərləndirə bilmədiniz.

Düşündünüz ki, yenə də himayədarların sayəsində Azərbaycana güc nümayiş etdirə bilərsiz.

Siz kiçik bir dövlət olaraq böyük sıxıntılar içində qıvrılan Ermənistanı, onun ordusunu çox güclü bildiniz.

Daşnak zehniyyəti siz erməniləri “Böyük Ermənistan” xəstəliyinə mübtəla edib.

Unutmayın, bu, elə bir xəstəlikdir ki, hər zaman xalqınızın hüzurunu pozacaq, ölkənizə rifah gətirməyəcək.

3 milyonluq Ermənistanın “Böyük Ermənistan” arzusu absurd və hallusinasiyadan başqa bir şey deyil.

Nə siz, nə də, ABŞ və Fransadakı lobbiniz yüz il sonra belə, bu ideyanı gerçəkləşdirə bilməz.

Güclü dövlətlərə sığınmanız, onlardan imdad diləməyiniz sizin xislətiniz.

Ancaq unutduğunuz bir nəsnə var.

O nəsnə odur ki, ABŞ-da, Fransa da, digər dövlətlər də yaratdığınız “əzabkeş və miskin” obrazınıza rəğmən sizə yalnız maddi yardım göstərə bilər.

Yalnız maddi yardım və başqa bir şey yox.

Əgər düşünürsüzsə ki, bundan sonra Rusiya, ABŞ və Fransa sizə hərbi yardım edərək Azərbaycanın üstünə qaldıracaq, yanılırsınız.

Qarabağ nə sizin nə də Fransa prezidenti Makronun ata-babasının torpağı deyil.

Qarabağ əzəli Azərbaycan torpağıdır.

Siz ermənilərin o torpaqlara nə zaman köçürüldüyünü siz də yaxşı bilirsiniz, himayədarınız Makron da bilir və bütün dünya da bilir.

Bizim xalq sizə qucaq açdı.
Nəinki Qarabağda, Bakıda, Gəncədə, Sumqayıtda və digər yerlərdə on minlərlə erməni yaşadı və xalqımızın heç bir vaxt siz ermənilərə nifrəti olmadı.

Uşaqlara “türk bizim düşmənimizdir” deyən siz ermənilərdən fərqli olaraq, biz “erməni bizim düşmənimizdir” demədik.

Qonşuyuq. Əbədi olaraq qonşu olacağıq da.

Aramıza düşmənçilik toxumunu sizin faşist-daşnak zehniyyətli dırnaqarası ziyalılarınız səpdi.

Minlərlə gəncin ölümünə onlar bais oldu.

Milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə onlar bais oldu.

Nəticə? Nəticə o oldu ki, 3 il əvvəl müzəffər ordumuz işğal altındakı torpaqlarımızı azad etdi.

Ermənistan qeyd-şərtsiz sülh müqaviləsini bağlamaq zorunda qaldı.

Xalqımız və ordumuz işğalçılıq niyyətində olsaydı, nəinki statusunu tarixin arxivinə göndərdiyi “Dağlıq Qarabağda” hətta, Ermənistanın da torpaqlarının bir hissəsində bayrağımızı qaldıra bilərdi.
Biz işğalçılıq niyyətində olmadığımızı isbatladıq.

Xankəndində isə, vətəndaşlarımız olan ermənilərlə gələcəkdə birgə yaşayacağımızı əsas götürərək, proseslərin sülh yolu ilə bitməsinin tərəfdarı olduq.

Sülh müqaviləsindən sonra siz ermənilən hansı yolu tutdunuz?

Qanunsuz silahlı qüvvələri-terroristləri Xankəndinə cəm etməklə Azərbaycana qarşı yeni bir savaş açmaq niyyətində olduğunuz bəlli oldu.

Azərbaycanın bu cinayətinizə göz yumacağını zənn etdinizsə, yazıqlar olsun sizə.

Cənab Paşinyan, biz Qafqazlılar üçün qürurun nə qədər önəmli olduğunu hər kəs bilir.

O zaman bir statistikanı nəzərinizə çatdırmaq fikrindəyəm.

İqtisadi parametrlərdən, hərbi gücdən söhbət açmağa belə dəyməz.

Bərbad vəziyyətdəsiniz.
Ermənistan əhalisinin sayı 3 milyon.

Kişi cinslilərin sayı 1.3 milyon.

Azərbaycan əhalisinin sayı 10.6 milyon. Kişilərin sayı 5,3 milyon.

Bizim kişilərin sayı sizinkindən 4 dəfə artıq.

Deyin, bu durumda hansı cəsarətlə bizim heysiyyatımızla oynamaq istəyirsiniz?

“Məğlubedilməz erməni ordusu” mifinin 44 günlük savaşda necə darmadağın olduğunu bütün dünya gördü.

Amma 44 günlük savaşın sizə dərs olmadığı görünür.

Öz xalqınızın daha ağır dərs almasına doğru gedirsiniz, cənab Baş nazir.

Fərqindəmisiniz? Etməyin bunu! Gənclərinizi məhvə məhkum etməklə cinayət edirsiniz.

Ən humanist məslək sayılan bir həkim kimi deyirəm bunu.

Çəkilin Ermənistan sərhədlərinə. Gənclərinizi ölümə yollamayın.

Biryolluq anlayın ki, bizim xalqın üzərində qələbə çalmaq ehtimalınız sıfır.

Bunu bu gün anlamırsınızsa, sabah taxtınızzdan düşürüləndə anlayacaqsınız.

4 il əvvəl Şuşada getdiyiniz yallının eyforiyasının nə ilə sonuclandığını yazmağa gərək yox.

Az da olsa uzaqgörənliyiniz varsa, Azərbaycanın şərtlərini qəbul etməlisiniz.

Yox əgər daşnakların çaldığı hava ilə oynayacaqsınızsa, aqibətiniz çox acınacaqlı olacaq.

Bilin, cənab Paşinyan, oyun bitib.

Tarixə siz və xalqınıza MƏĞLUB, Azərbaycan xalqı və Prezident İlham Əliyevi QALİB kimi yazılıb.

Sizin bu gün xalqınız üçün ən məqbul xidmətiniz o olar ki, Qarabağdakı ermənilərin rifahı və xoş güzaranı üçün Fransa prezidenti Makrondan deyil, Azərbaycan Prezidentindən imdad diləyəsiz.

Zatən, Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə öz vətəndaşı kimi bütün təminatları verdiyini izhar edib.

Bakıdakı 30 min erməni necə yaşayırsa, Qarabağdakı ermənilər də Azərbaycan dövlətinin təminatı altında tam təhlükəsiz yaşayacaq.

Bütün dünyanın “bir millət-iki dövlət” kimi qəbul etdiyi 100 milyonluq Azərbaycan və Türkiyənin əhatəsindəsiz.

İqtisadiyatınızın dirçəlməsinin, əhalinizin rifahının məhz “bir millət-iki dövlət” olan Azərbaycan və Türkiyədən asılı olduğunu dərk edin.

Realist olun. Siz məğlubsunuz! Bu gün də, sabah da.

Cənab Nikol Paşinyan, bir Azərbaycanlı həkim olaraq sizə müraciət etdim.

Sadə xalq dilində təkrar yazıram. Nicatınız Fransada, Rusiyada, ABŞ-da deyil, Bakıdadır.

Gənclərinizi əbəs yerə məhv etməyin.

Azərbaycanın savaşı Haqq savaşıdır.

Xalqımız 1 qarış torpağından belə vaz keçməz.

Sülh müqaviləsini bağlamaqdan başqa yolunuz yoxdur.

Bu müqaviləni siz bağlayın ki, adınız heç olmasa tarixə sülhsevər kimi düşsün.

Əmin olun ki, sizdən sonra kim gəlir-gəlsin sülh müqaviləsini imzalamaq üçün Bakıya və Ankaraya elçilər göndərəcək.
Vəssalam!

Səxavət Əlisoy, həkim

0.11299681663513