"Azərbaycanın Dağlıq Qarabağdakı HƏRƏKƏTLƏRİ QANUNİDİR" - Peskov Armen Qriqoryana
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağdakı vəziyyəti şərh edərkən bildirib ki, de-yure söhbət Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir.
Paralel.az bildirir ki, bu barədə xəbəri TASS xəbər agentliyi verib
Peskova jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı Dağlıq Qarabağın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edən bəyanatı ilə bağlı sual verilib.
“Bizə ünvanlanan bu cür qınaqları qəbul etmirik, xüsusən də Ermənistan tərəfinin Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı rəsmi qərarından sonra de-yure, indi söhbət Azərbaycan Respublikasının onun ərazisindəki hərəkətlərindən gedir,