Rəcəb Tayyib Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır!
"Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik.
"Paralel.az" xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında deyib.
"Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başda bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
“İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır”.
Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb.
“Bizim qarşımızda Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsətdən istifadə etmək üçün biz Ermənistanla mehriban qonşuluq münasibətlərinə və tam normallaşmaya yönəlmiş prosesə təşəbbüs göstərdik. Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin biz görürük ki, Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilməyib.
Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bizim əsas məqsədimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında dinc yanaşı yaşaması olmalıdır”, - deyə dövlət başçısı bəyan edib.