Rusiyalı milyarder türkiyəli məşhurun villasını 18 milyon dollara aldı 

Rusiyalı milyarder türkiyəli məşhurun villasını 18 milyon dollara aldı 
 

Rusiyalı milyarder Roman Abramoviç İstanbula köçüb və orada yaşayacaq.

Adnan Oktarın illərdir, yaşadığı Kandilli Vaniköydəki malikanəni dünyaca məşhur rus oliqarx Roman Abramoviç alıb. 

“Hürriyet”in yazdığına görə, 18 milyon dollara aldığı malikanəni təmir etdirən Abramoviç helikopter meydançası tikdirmək istəyir.

Dünyaca məşhur rus oliqarx Roman Abramoviç Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Londondan İstanbula köçüb. Dünyanın aparıcı milyarderlərindən olan Abramoviçin uzun müddətdir, İstanbulda özünə ev axtardığı məlum olub. 

 

0.016155004501343