Şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir

Şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir
 

Bu gün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir.

Bu təkliflə elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri çıxış edib.

“Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa, həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. 

1)Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri  izahı kimi;
2) Zəka dünyasına yolçuluq kimi - onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;
3)Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi” - o söyləyib.

Ekspertin fikrincə, hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması düşünən şagirdi cəmiyyətə daha tez qazandıracaq.

 

 

 

0.067426919937134