Ərdoğandan jurnalistə sərt reaksiya: “Hörmət edəcəksən, məcbursan!”

Ərdoğandan jurnalistə sərt reaksiya: “Hörmət edəcəksən, məcbursan!”
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda səfəri zamanı “PBS” kanalına müsahibəsində zamanı müxbirin ona Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaşın həbsi ilə bağlı verdiyi təxribatçı suallara sərt reaksiya verib.

Jurnalist Səlahəddin Dəmirtaşın terrorçu və 200-dən çox insanın ölümün səbəb olduğunu, buna görə də məhkəmənin qərar verdiyini bildirib.

“Onların həbsi sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mən ədliyyə adından danışacaq vəziyyətdə deyiləm. Sizin qeyd etdiyiniz bu şəxs (Kavala) etirazların maliyyəçisi olub”.

Verilişin aparıcısının sözünü kəsməsinə sərt reaksiya verən Ərdoğan deyib: “Sənin sözümü kəsməyə haqqın yoxdur. Məhkəmənin verdiyi qərar hörmət edəcəksən”.  

Prezident Ərdoğan əlavə edib: “Amerika məhkəməsi məhkəmədir, Türkiyənin məhkəməsi məhkəmə deyil? Türkiyənin məhkəmə sisteminə də hörmət etməyə məcbursunuz”.

Mürtəza
Ölkə.Az

 

0.014687061309814