Qafqaz inqilabçısı İosif Stalinin evi hərraca çıxarılacaq

Qafqaz inqilabçısı İosif Stalinin evi hərraca çıxarılacaq
 

İosif Stalinin 1930-cu illərdə Moskva yaxınlığındakı Mıtişidə yaşadığı "Lipki-Alekseevskoye" ferması 2023-cü il noyabrın 3-də keçiriləcək hərracda satışa çıxarılacaq.

 Evin başlanğıc qiyməti 403 049 milyon rubl (təx. 4,1 milyon dollar) olacaq.

Daşınmaz əmlak ekspertləri 38,4 hektar ərazidə tikilmiş 3800 kvadratmetrlik evin bazar dəyərini 400-500 milyon rubl kimi qiymətləndiriblər.

Xatırladaq ki, Stalin 1932-ci ildə həyat yoldaşının ölümündən sonra iki il burada yaşayıb.

İmperatorluq dövründə Moskva parlamentinin sədri Aleksandr Alekseyevə məxsus olan malikanə inqilabdan sonra milliləşdirilib.

Bir müddət internat kimi istifadə olunub.

Günay

 

0.035932779312134