Abdin Fərzəliyev Abşeronu belə düzəldir?!
Bakının Nərimanov rayonda icra başçısı vəzifəsində uzun illər əyləşən, hazırda Abşeron rayonunda həmin vəzifəni icra edən Abdin Fərzəliyev haqqında media yazır ki, Abşeronda satılan obyekt demir, toraq demir, rayonda nə varsa, hamısını satır...
Nərimanov rayonunu acgözlüklə dağıdan icra başçısı Abdin Fərzəliyevin rayonda saysız-hesabsız əmlakı, geniş biznesi şəbəkəsi var. Yəni Abdin Fərzəliyev vəzifəsini dəyişsə də, Nərimanov rayonunda asan gəlir, qazancı mənbələri çoxdur.
Çünki mətbuar yazır ki, Nərimanovda olan obyektlərdən hər ay əldə etdiyi milyonların sayı-hesabını bəlkə, Abdin Fərzəliyev özü də itirib! Atalar yacşı deyib ki, "arxalı kömək qurd basar"!...
A. Fərzəliyev Abşeron rayonuna başçı göndəriləndən sonra sanki başına təzə var-dövlət quşu qonub. Hələ Nərimanov rayonuna rəhbərlik etdiyi dövrdə çox böyük sərvət toplayıb və qazandığı da qeyri-qanuni yollarla - rüşvət, korrupsiya və maxinasiyalarla külli vəsait toplamağa nail oldu.
Təbii ki, icra başçısının dövlətdən aldığı maaşla bu cür varlanması mümkün deyil! Yəqin, tarixçilər Azərbaycanın bu dövrünü tarixə alanda çox sərt epitetlər işlətməyə məcbur olacaqlar. Ona görə ki, Abdin Fərzəliyev kimi dağıdıcı, insanabənzər yırtıcı obrazını gələcək nəsillərə təhrifsiz təqdim etmək zorindadırlar.
Paralel.az media üzərindən araşdırıb məlumat verir ki, hazırda Abşeronun icra başçısının Nərimanov rayon Əhməd Rəcəbli küçəsində, keçmiş erməni qəbristanlığı ərazisində oteli, klinikası, iş mərkəzləri və kafe- restoranlarından gələn gəliri ayda 300 min manatdan çoxdur...
Abdin Fərzəliyevin Nərimanov rayonunda icra başçısı işlədiyi müddət ərzində xeyli sərvət toplayıb. Nərmanov rayonunda işlədiyi müddətdə özünə yaxşı gün ağlayan icra başçısı dayağını möhkəmləndirməyi də unutmayıb və varlanan kimi oğlunu hakim ailənin kürəkəni etməyi bacarıb.
Eyni zamanda, A. Fərzəliyev Prezidentin sabiq köməkçisi Əli Həsənov və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınsa da, onların hər ikisi vurulsa da, əksinə, qohumluq sayəsində Abdin Fərzəliyev Abşerona icra başçısı göndərildi...
Dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonundakı T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilib və Ramiz Mehdiyevə hədiyyə edilib.
Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox pul mənimsəməsi faktı ölkə mətbuatında dəfələrlə qeyd edilib, lakin heç bir ölçü götürülməyib...
Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, o, topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərcləyib. Reallıq isə tamam başqa şey deyir, Nərimanovda toplanan yüz milyonlarla manat maliyyə vəsaitinin A. Fərzəliyev tərəfindən ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə olaraq bir koridor kimi rol oynayıb...
Abşerona icra başçısı vəzifəsinə dəyişəndən sonra Fəzəliyev daha çox var-dövlət qazanmaq eşqinə düşüb və rayonda sabiq icra başçısı İradə Gülməmmədovadan qalan torpaqları satmaqla məşğuldur. İcra başçısının yan-yörəsində olan işçilər deyirlər ki, A. Fərzəliyev Abşeron rayonuna sanki başçı yox, alverçi gəlib. Başçı əlinə fürsət düşən kimi rüşvət və korrupsiya ilə sərvət toplayır.
Hərə bir cür düzəldir, cənab Abdin Fərzəliyev də Abşeron rayonunu bax, belə "düzəldir"!
Mövzuya qayıdacağıq, bizi izləyin.
Paralel.az