Braziliyada təyyarə qəzasında 14 nəfər ölüb

Braziliyada təyyarə qəzasında 14 nəfər ölüb
 

Braziliyanın şimalındakı Barselos bələdiyyəsində “Embraer 110” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarədə 12 nəfər olub və onların hamısı ölüb. Sərnişinlərdən başqa, 2 ekipaj üzvü də qəzanın qurbanı olub.

Qeyd olunur ki, “Embraer EMB-110” Manausdan Barselosa uçarkən qəzaya uğrayıb.

Hadisə təyyarə artıq eniş xəttində olarkən baş verib.
Bildirilir ki, hava limanı Manaus şəhərindən 400 kilometr aralıda yerləşir. Eniş zamanı əraziyə güclü yağış yağıb. Mütəxəssislərin fikrincə, fəlakətə səbəb əlverişsiz hava şəraitidir.

 

0.031478881835938