Sumqayıt Tibb  Mərkəzinin direktoru      Səkinə Sadıqova sumqayıtlıları işdən qovur...

Sumqayıt Tibb  Mərkəzinin direktoru      Səkinə Sadıqova sumqayıtlıları işdən qovur...
 

Poçtumuza Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovadan şikayət mətubu daxil olub. Məktubda deyilir:

"Hörmətli redaksiya!


İstəyirik biləsiniz ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıqovanın həyata keçirdiyi “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub. Illərdir Sumqayıtdakı tibb müəssisələrində çalışan, böyük təcrübəyə malik olan mütəxəssislər Səkinə Sadıqova tərəfindən işdən çıxarılıb, onların ailəsi aclığa və səfalətə məhkum edilib.

Bu mütəxəssislərin Səkinə Sadıqova tərəfindən işdən çıxarılmasına səbəb isə Sumqayıt Tibb Mərkəzi direktorunun qanun və ədaləti deyil, öz şəxsi ambisiyalarını rəhbər tutmasıdır. Belə ki, “təmizləmə əməliyyatı”na ilk növbədə Sumqayıt Tibb Mərkəzindən başlayan Səkinə Sadıqova, Mərkəzdə kadrlar şöbəsinin rəhbəri də daxil olmaqla, xeyli sayda insanı işdən uzaqlaşdırıb.

Onların yerinə Qobustan, Şamaxı və digər uzaq rayonlardan olan tanışlarını, yaxınlarını yerləşdirən Səkinə Sadıqova, TƏBİB rəhbərliyində təmsil olunan şəxslərin həyat yoldaşlarını, yaxın qohumlarını rəhbər vəzifələrə təyin etməklə öz kreslosunu daha da möhkəmləndirib.

Bu gün Səkinə Sadıqovanın müavinləri də daxil olmaqla rəhbər vəzifələrə qoyduğu şəxslərin bir neçəsinin ailə üzvü TƏBİB-də müxtəlif vəzifələrdə çalışır. Sumqayıtlıları işsiz qoymaq hesabına TƏBİB rəhbərliyindəki şəxslərə yarınan Səkinə Sadıqova bu gün Sumqayıtda sözün həqiqi mənasında ona tabe olan müəssisədə çalışan tibb işçilərindən ibarət nəhəng imperiya formalaşdırmağa nail olub.

imza: Sumqayıt Tibb Mərkəzində çalışan bir qrup tibb işçisi"

 

0.015193939208984