Təhlükəli virus: ölüm nisbəti 70%-dir

Təhlükəli virus: ölüm nisbəti 70%-dir
 

Bharatın (Hindistan) Kerala əyalətində yüksək ölüm göstəricisi olan ölümcül virusun yayılması qeydə alınıb.

Bu barədə CNN məlumat yayıb.

Ümumilikdə 6 nəfər virusa yoluxub, onlarla təmasda olanların siyahısı 1000-ə yaxındır. İki nəfər dünyasını dəyişib.

Virusun uçan tülkü və siçanlar tərəfindən ötürüldüyü qeyd edilir.(Publika.az)

İnsanlar ona meyvələr və xəstə heyvanın tüpürcəyi vasitəsilə yoluxa bilirlər.

Virusun ölüm nisbəti təxminən 70%-dir və effektiv müalicəsi yoxdur.

Keraladada epidemiyaya görə bütün təhsil müəssisələri artıq bağlanıb.

 

0.013381958007812