Yasamaldakı 17 saylı uşaq bağçasında rəzalət: müdir Gülnarə Xankişiyevanın əməlləri...

Yasamaldakı 17 saylı uşaq bağçasında rəzalət: müdir Gülnarə Xankişiyevanın əməlləri...
 

Gülnarə Xankişiyeva 94 saylı uşaq bağçasını da öz nəzarətində saxlayır.. 

İki gün öncə Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında dedi ki, çox zaman Finlandiya təhsilini misal göstərirlər:

“Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi təhsili olmayanlardır”. 

Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər.

Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Bax, fəlakət budur. Hələ bu harasıdır..? Bu heç bir təhsili olmayan tərbiyəçilər, dayələr uşaqlarının qidasını oğurlayır, uşaqların valideynlərindən əlavə pul tələb edir, hətta uşaqları döyürlər. 

İndi özünüz düşünün, bu körpələr evində böyüyən gələcək nəsil bunlardan nə öyrənə bilər? Ancaq oğurluq, rüşvət və digər pis əməlləri öyrənə bilər. Son vaxtlar uşaq bağçalarında, körpələr evində baş verən rüşvət və korrupsiya əməlləri barədə yazıları oxuyanda adam dəhşətə gəlir. 

Təsəvvür edirsiniz, körpələr evində yüz minlərlə mənimsəmə, dövlətin uşaqlara ayırdığı ərzaq və qidaların marketlərdə satılması və daha nələr…

Və üstəlik  bağça müdirlərinin “ölü canlar” saxlaması, onların maaşlarını mənimsəməsi, kağız üzərində mühafizəçi, bağban və daha nələr…

Sözün qısası, məktəbəqədər təhsil müəssisələri əməlli-başlı biznes  obyektinə çevrilib. Bir neçə gün öncə Finlandiyanın xanım təhsil nazirindən “Sizdə nə üçün pullu təhsil müəssisələri yoxdur?”  sualına xanım nazir belə cavab vermişdir: “Biz təhsili ticarətə, biznesə çevirmirik”.

Düzdür, yazının yarısına qədər Emin Əmrullayevin çıxışlarını bəyəndik, çünki Emin Əmrullayev Gundelik-baku.com saytını nöqtə, vergülünə qədər oxuyur. Məhz Emin Əmrullayev öz çıxışlarını Gundelik-baku.com saytının bağçalar və məktəblər haqqında yazdığı yazılarla zənginləşdirmişdir. Biz buna sevinirik. Bir az da özəl bağçalar və onların fəaliyyətləri haqqında araşdırma aparaq. Hal-hazırda özəl bağçaların və orta məktəblərin, hətta ali məktəblərin sayı durmadan artır. 

Bəli, bizdə kimin pulu varsa özəl uşaq bağçası, orta məktəb, hətta ali məktəb də açır. Özəl bağçalar, məktəblərlə yanaşı ölkəmizdə dövlət bağçaları da fəaliyyət göstərir. Dövlət bağçalarına isə, təyin olunan rəhbər şəxslər, ancaq Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi tərəfindən müəyyən imtahan verdikdən sonra, həmin vəzifələrə təyinat alırlar.

Amma direktor vəzifəsinə təyinat alan bağça müdirələri özlərini elə aparırlar ki, həmin binanı və vəzifəni onlara ataları öz mülkləri kimi bağışlayıb. Ondan sonra başlanır həmin müdirələrin köməkçiləri, müavinləri, qrup rəhbərləri valideynlərin canına zəli kimi daraşmağa. 

Onu da qeyd edək ki, həmin şəxslər dövlətin uşaq bağçalarını öz şəxsi obyektləri kimi istifadə edirlər. Belə bağçalardan biri də Yasamal rayonundakı 17 saylı uşaq bağçasıdır

Məlumat üçün qeyd edək ki, paytaxt Bakının böyük rayonlarından biri olan Yasamal rayonunda 50-dən artıq uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. Yasamal rayon İcra hakimiyyətinin rəsmi saytında http://yasamal-ih.gov.az/az/page/15.html yazılanlardan bəlli olur ki, 17 saylı uşaq bağçası XÜSUSİ TƏYİNATLIDIR. Yəni bu uşaq bağçası NİTQİ QÜSURLU uşaqlar üçündür. Məlumdur ki, belə uşaq bağçalarında xüsusi loqoped-müəllimlər olmalıdır. 

Onu da qeyd edək ki, 17 saylı xüsusi təyinatlı körpələr evi–uşaq bağçasının müdiri Xankişiyeva Gülnarə Ağahüseyn qızıdır. Gülnarə Xankişiyevanın əməlləri barədə  dövrü mətbuatda xeyıi yazılıb. Onun körpələr evində “ölü canlar” saxlaması, işçilərin maaşlarını mənimsəməsi, uşaqlara verilən ərzaq və qida məhsullarının satılması barədə çox yazılıb. Bütün bunlar azmış kimi  xüsusi təyinatlı körpələr evində adicə loqoped çatmır.

Atalar demişkən, lalın dilini anası bilər, bəs loqopedin olmadığı bağçada uşaqlarla necə davranmaq olar..? Bütün bunlar azmış kimi Gülnarə Xankişiyeva bir neçə bağçanın da işinə nəzarət edir. Belə bağçalardan biri də Yasamal rayonundakı 94 saylı uşaq bağçası-körpələr evidir. Bu bağçanın müdiri Hüseynova Validə Salman qızıdır. Amma bağçanın və Hüseynova Validə Salman qızının tabeçiliyi Bakı Şəhər Baş Təhsil İdarəsinə deyil, birbaşa Gülnarə Xankişiyevayadır.

Görün, vəziyyət hansı həddə çatıb ki, Validə Hüseynova Gülnarə Xankişiyevanın icazəsi olmadan heç bir addım ata bilməz.

Maraqlısı odur ki, Gülnarə Xankişiyeva özünü bağçada XANIM elan edib. Bütün müəllimələr və valideynlər Gülnarə Xankişiyevaya müəllimə yox, məcburən məhz XANIM deyə müraciət etməlidirlər. 

Görün, Gülnarə Xankişiyeva özünü hansı səviyyədə tapıb. Bu başqa bir yazının mövzusudur. 

 Təsəvvür edirsiniz, Gülnarə Xankişiyeva özü rəhbər olduğu bağça ilə bərabər başqa bir bağçanı da idarə edir, valideynlərdən toplanmış pul məsələlərinə baxır.

Ümid edirik ki, Bakı Şəhər Baş Təhsil İdarəsi bu məsələ ilə bağlı ciddi araşdırma apararaq, öz sözünü deyəcək. Biz isə, mövzunu diqqətdə saxlayacağıq. 

Paralel.az

 

0.049232959747314