Bu ölkədə azyaşlı uşaqlara məktəbdə cinsi məzmunlu filmlər izlədiləcək - Skandal böyüyür

Bu ölkədə azyaşlı uşaqlara məktəbdə cinsi məzmunlu filmlər izlədiləcək - Skandal böyüyür
 

Belçikada məcburi cinsi təhsil proqramı ilə bağl müzakirələr davam edir.

Ölkə.Az xəbər verir ki, 2012-ci ildən ölkənin müəyyən bölgələrində həyata keçirilən və EVRAS adlandırılan mübahisəli cinsi təhsil proqramı icbari təhsil proqramına daxil edilib.

Belçikanın Valloniya-Brüssel Federasiyası sentyabrın 7-də keçirilən səsvermə ilə qanun layihəsini qəbul edib. Beləliklə, EVRAS ibtidai məktəbin 6-cı və ümumtəhsil məktəblərinin 4-cü sinfində təhsil alan bütün şagirdləri üçün məcburi olacaq.

Qadın və kişi anlayışlarından istifadə edilməyən təhsil proqramında azyaşlı uşaqlara cinsiyyət seçimində azadlıq öyrədiləcək. Belə ki, 5-8 yaş aralığındakı uşaqlara cinsi kimliklərinin dəyişdirə biləcəklərinə dair təlim keçiriləcək.

9-11 yaş kateqoriyasında isə ibtidai məktəb səviyyəsində olan uşaqlara kişi-qadın rollarından qoparaq “öz cinsiyyətinə qərar vermək” anlayışının öyrədilməsi nəzərdə tutulur.

EVRAS-ın bu yaş kateqoriyasında "9-11 yaş: Cinsi məzmunlu filmlər sinifdə necə nümayiş etdirilə bilər? Bunu necə etmək olar? Seksual film nədir və cinsi məzmunlu film personajlarının klişeləri" proqramı da önə çıxır. Uşaqların sinif otaqlarında cinsi məzmunlu filmlərə baxmasına imkan verən bu kateqoriyada uşaqlara ilk cinsi təcrübələrinin necə olması lazım olduğu izah ediləcək.

Qeyd edək ki, qalmaqallı məcburi “təhsil” proqramı bütün ölkədə ailələr tərəfindən böyük tənqidlə ilə qarşılanmışdı. Qanunun səsverməsi zamanı genişmiqyaslı etiraz aksiyaları təşkil edən ailələr bazar günü paytaxt Brüsseldə genişmiqyaslı aksiya keçirməyə hazırlaşır.

Billurə

 

 

0.034816026687622