Şərqi Avropa ölkələrindən Ukrayna ilə bağlı QADAĞA

Şərqi Avropa ölkələrindən Ukrayna ilə bağlı QADAĞA
 

Şərqi Avropa ölkələri Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzadacaq.

 Slovakiya hökuməti sentyabrın ilin sonuna qədər Ukraynadan Aİ-yə öz ərazisi vasitəsilə taxıl idxalına qoyulan embarqonu ləğv etməkdən imtina edib. 

Macarıstan və Polşanın hakimiyyət orqanları da kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzatmaq niyyətində olduqlarını açıqlayıblar. 

Budapeşt bundan əlavə, Ukraynadan bir sıra digər məhsulların - ət, tərəvəz, yumurta, bal və şərabın öz ərazisinə idxalını qadağan etməyi planlaşdırır.

Səlahiyyətlilər bu cür tədbirlərin görülməsinə səbəb kimi Ukrayna taxılının idxalının qonşu ölkələrin iqtisadiyyatına təsiri kimi göstərilir. Bildirilir ki, məhsullar tranzit üçün nəzərdə tutulsa da, yerli bazarlarda “məskunlaşır” və buna görə də yerli fermerlər əziyyət çəkir.

 

0.015059947967529