Qərbin İran xalqı üçün timsah göz yaşları tökməyə haqqı yoxdur

Qərbin İran xalqı üçün timsah göz yaşları tökməyə haqqı yoxdur
 

Tehran Qərbin İrana  qarşı yeni sanksiyalar tətbiq etməsini kəskin şəkildə pisləyib və bunu qeyri-konstruktiv davranış kimi dəyərləndirib.

“Ölkə.Az” xəbər verir ki, belə bir bəyanatla 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani çıxış edib.

Kənani deyib ki, İran hakimiyyəti Qərbin təsiri altına düşməyəcək.
“Ona görə də belə dövlətlərin İran xalqı üçün timsah göz yaşları tökməyə haqqı yoxdur”,- o əlavə edib.

Qeyd edək ki, Qərb ölkələri ötən il  baş verən iğtişaşlarla bağlı İran və rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Mürtəza
Ölkə.Az

 

0.013398885726929