Az xərclə çox istehsal edirlər: Qərb buna görə Rusiyaya heyrandır

Az xərclə çox istehsal edirlər: Qərb buna görə Rusiyaya heyrandır
 

Qərb ölkələri Rusiyada mərmi istehsalının artım tempinə heyran olublar.

Publika.az xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiya Federasiyası Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, nəinki mərmi istehsalını artıra bilib, hətta 2022-ci ilə qədər öz səviyyəsini keçə bilib.

Qeyd olunur ki, Moskva sursat istehsalına görə Qərbdən 7 dəfə üstündür.

Üstəlik, materialda Rusiyanın mərmi istehsalına Qərb ölkələri ilə müqayisədə xeyli az pul xərclədiyi də aydınlaşdırılır.

 

0.013065099716187