Şimali Koreya muzdluları Rusiya ordusunda? - Putinin reaksiyası

Şimali Koreya muzdluları Rusiya ordusunda? - Putinin reaksiyası
 

Vladimir Putin Ukraynaya qarşı müharibədə Rusiya ordusu sıralarında döyüşmək üçün Şimali Koreyadan könüllülər cəlb etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər verir ki, Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə davam edən danışıqlarda o, bütün bunların cəfəngiyat olduğunu bəyan edib.

Putin qeyd edib ki, 300 min könüllü artıq Rusiya Silahlı Qüvvələri ilə ün müqavilə imzalayıb.

“Rusiya heç nəyi pozmaq fikrində deyil, biz Şimali Koreya ilə beynəlxalq hüquq çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”, - o əlavə edib.

Putin Şimali Koreya lideri Kim Çen Inla Rusiyada bu yaxınlarda apardığı danışıqlar barədə Lukaşenkoya məlumat verəcəyini bildirib.

 

0.021133899688721