Aİ Məhsa Əmini ilə bağlı İrana çağırış etdi

Aİ Məhsa Əmini ilə bağlı İrana çağırış etdi
 

Avropa İttifaqı (Aİ) İrana çağırış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Məhsa Əmininin ölümünün birinci ildönümündə İranı insan haqlarına hörmətlə yanaşmağa, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əməl etməyə və Aİ vətəndaşlarının həbsinə son qoymağa çağırıb.

Aİ İranı ictimai və şəxsi həyatda qadın və qızlara qarşı sistemli ayrı-seçkiliyin bütün formalarını, həmçinin ölüm hökmünü ləğv etməyə səsləyib.

"Aİ və onun üzv ölkələri iranlı qadın və kişilərin fundamental hüquq və istəklərinə güclü dəstəyini bir daha təsdiqləyir. Nəticədə biz İranda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələləri həll etmək üçün əlimizdə olan bütün uyğun variantları nəzərdən keçirməyə davam edirik”, - deyə Aİ-dən bildirilib.

 

0.040791034698486