Zurabyan: Demaqogiya və yalanın həddi-hüdudu yoxdur

Zurabyan: Demaqogiya və yalanın həddi-hüdudu yoxdur
 

Ermənistanın baş naziri Nikol Paşinyanın özünə bəraət qazandırmaq cəhdləri qəzəb doğurmaya bilməz. Ermənistan cəmiyyəti yeganə məqsədi məsuliyyətdən yayınmaq olan fırıldaqçı bir liderlə üzləşib.

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan yazıb.

“Paşinyanın demaqogiyası və yalanlarının həddi-hüdudu yoxdur. Baş nazir artıq ikinci gündür ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı barədə sözlərindən yayınmağa çalışır. Bu addım vaxtilə erməni məliklərinə qarşı Məlik Şahnəzərin Pənahəli xanla ittifaqına bərabərdir”,-deyə Zurabyan bildirib.

Paralel.az

0.033442974090576