Zakir Fərəcov həbs oluna bilər...

Zakir Fərəcov həbs oluna bilər...
 

Maşallah, göz dəyməsin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə mediasının gündəmini zəbt edib, haranı, hansı saytı açırsan icra başçısının fəaliyyətini əks etdirən mövzulara rast gəlirsən.

Amma icra başçısı haqqında sayı-hesabı bilinməyən, onun bəd əməllərindən bəhs edən bu yazılarla tanış olduqca, adam bu cür rusvayçı gündəmdə olan "qəhrəman"ın halına acımaya bilmirsən...

Hansı saytı, qəzeti, teleqram kanalını, Instagram səhifəsini, digər virtual aləm subyektlərini açırsan, dərhal Zakir Fərəcovun yüksək vəzifə tutan şəxsə, ağsaqqala, ziyalıya yaraşmayan törətdiyi ciddi haqsızlıq hallarına, hətta cinayət hadisələrinə rast gəlirsən və özünü Sumqayıt kimi ölkənin ən mötəbər şəhərlərindən birinin rəhbər kimi yox, "reket" kimi aparan icra baaşçısının hərəkətlərinə məəttəl qalırsan...

Azərbaycanda cinayətkar məmurların sırası o qədər də sıx deyil, lakin bu tip məmurların törətdiyi bəd əməllərin miqyası o qədər böyük rezonans verir ki,  Azərbaycandan kənarda yaşayan insanlarda, sanki ölkənin bütün məmurının rüşvətxor və dələduz olması təsəvvürünü yaradır.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun törətdiyi bəd əməlləri ilə mediada yaxından tanış olanda, hər kəs dərhal bu adamın hazırda məhbəsdə olan icra başçıları arasında yer alan vəzifəlilərdən biri və bəlkə də, birincisi olduğunu düşünür…

Sumqayıtın icra başçı Zakir Fərəcovun özbaşınalıqları ilə qarşılaşan ölkə vətəndaşlarının, iş adamlarının şikayətləri əsasında müstəqil mediada Zakir Fərəcovun bəd əməlləri haqqında gedən yazılar o qədər çoxdur ki, az qala, yağışdan sonra yerdən çıxan göbələk kimi, həndəsi silsilə artır.

Təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının hegemonluğu, sahibkarları daha dözülməz duruma salması, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxunması təşkil edir. Adam bu yazıları oxuduqca, inanmağı gəlmir ki, İlham Əliyev kimi, güclü Ali Baş Komandanın Prezidenti olduğu ölkədə Zakir Fərəcov kimi, insanlara, sahibkarlara və dövlətə qarşı əzazillik edən məmur da var!!!

Yazılarda ən çox yer alan iddialardan belə nəticə çıaxmaq olur ki, Zakir Fərəcov ölkənin böyük bir şəhərini sözün əsl mənasında şəxsən müəyyən etdiyi "oğru dünyası"nın dələduzluq qanunları ilə idarə edir.

İnsanların, iş adamlarının yuxarı dövlət orqanlarına ünvanladığı şikayət məktublarını, heç nədən çəkinmədən, Z. Fərəcov ictimaiyyət qarşısında “tualet kağızı” hesab etdiyini çox həvəslə deyir və sanki ölkə qanunlarını saymadığını xalqa nümayiş etdirir…

Cumhuriyyət.az, araz.az, Nuh.az, “Yenixeber.org” və digər saytların səhifələrində yer alan yazıları oxuduqca, Sumqayıtın icra başçısı Zakir Fərəcovun bəd əməllərindən bəhs edən şikayət məktubları ilə tanış olduqca, hiss olunur ki, ölkədə bu boyda həngaməni törədən icra başçısına "gözün üstə qaşın var" - deyən yoxdur.

Sahibkarların Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlandığı şikayət mətublarının icra başçısının sahibkarlara qarşı etdiyi haqsızlıqlara zərrəcə təsiri hiss olunmur. Bu da çox şeydən xəbər verir...

Şikayət məktublarında barəsində sayı-hesabı bilinməyən cinayətlər barədə söz açılan və bu ağır hallardan özü üçün normal nəticə çıxarmayan və hər məqamda həddini aşan məmurların haqqında dövlət tədbir görülmədiyini görən xalq, siz deyin, hakimiyyətə inanıb, ona bel bağlaya və hörmət qoya bilərmı?!…

 Başçı Sumqayıt sahibkarlarına "belə zülm edir"

“Çörək bol olarsa, basılmaz vətən" ifadəsi hələ sovet dönəmində çox dəbdə idi. Bəli, doğrudur ki, sovet imperiyası özünü nə qədər güclü göstərməyə çalışsa da, çörəyin bol olmasını xalqın rifah halını yaxşılaşdırmağın yeganə yolu olduğunu təsdiq edirdi.

“Çörək bol olarsa, basılmaz vətən" şüarı ilə bilavasitə, sahibkarlığın inkişaf edirilməsini zəruri olduğunu vacib sayırdı. Lakin sahibkarlığı vacib saysa da, onu reallaşdıra bilmədi və sovet ittifaqı gorbagor oldu...

Çağdaş müstəqil Azərbaycan dövlətində də iqtisadiyyatın inkişafında sahibkarlığın rolu və əhəmiyyəti haqqında çox danışılıb, çox deyilib.Təsdüfü deyil ki, cənab ölkə Prezident İlham Əliyev hər zaman sahibkarlığa, sahibkarlara dövlət dəstəyinin, onlara göstərilməli olan məmur qayğısının vacibliyini çıxışlarında hər dəfə təkrar edir. Cənab Prezidentin sahibkarların hüquqlarının pozulması hallarına qarşı daim həssas yanaşdığının hər birimiz şahidiyik.

Təəssüf ki, ölkə Prezidenin sahibkarlıq siyasətinə biganə yanaşan, hətta bu siyasəti qəbul etməyən, sahibkarlığın inkişafına müxtəlif yollarla mane olan yüksək vəzifəli məmurlar hələ çoxdur. Fəaliyyətində mövcud olan nöqsanlar barədə çoxsaylı şikayətləri nəzərə alaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu tip məmurların önündə yer aldığını tərəddüd etmədən demək olar…

Yuxarıda qeyd etdiyimiz şikayət məktublarından, eləcə də google üzərindən apardığımız araşdırma nəticəsində məlum olur ki, sahibkarlara müxtəlif saxta ittihamla “torba tikən”, haqqını yeyən, hətta həbs etdirən Sumqayıtın icra başçısının fəaliyyətində dələduzluqla eyni mahiyyət təşkil edən, bəlkə də, eyni amillər çoxdur.

Sahibkarı aldadıb iri layihələri icra etdirib, pulunu verməyən adam, kim olur olsun, hansı vəzifəni tutur tutsun, ona yalnız bir adı var - DƏLƏDUZ! Maraqlıdır ki, Fərəcov həbs etdirdiyi sahibkar və iş adamlarına həm düşmənçilik edir, həm də onlarla təkrar layihələr icra etdirməklə, əməkdaşlıq etməsinin məqsədini müəyyən etmək çox çətindir!

Sahibkarların bildirdiyinə görə 7 ilə yaxındır ki, Zakir Fərəcovun dəvəti və təklifi ilə Sumqayıt şəhərində konkret olaraq, bir sahibkar məşhur Dənizkənarı Bulvar, Şəhidlər Xiyabanını və digər layihələri vaxtında, yüksək səviyyədə başa çatdırsa da, haqq etdiyi vəsaiti hələ də ala bilmir. Söhbət ərazisi 105 hektar olan Dənizkənarı Bulvardan, Şəhdilər Xiyabanından, Heydər Əliyev prospektindən, şəhərə girişin sağ və sol tərəfinin qurulub, abadlaşdırılmasından, S. Vurğun, Nizami və C. Cabbarlı küçələrinin, “Muğanbank”ın qarşısındakı parkın tikib, abadlaşdırmaqdan gedir.

Yeddi ildir ki, görülən işlərin pulunu hissə-hissə ödənilməyə razılaşmasına baxmayaraq, Sumqayıtın icra başçısı tərəfindən ödənilməli olan 2.850.000 manat borc hələ də ödəməyib!. Dövlət büdcəsindən bütün bu layihələrin gerçəkləşməsi üçün müxtəlif tarixlərdə lazımı vəsait ayrılsa da, icra başçısı bu borcu ödəmir, ödmək fikri də yoxdur!

Görünür, Zakir Fərəcov ölkə Prezidenti cənab İlham Əliyevin icra başçılarına dəfələrcə etdiyi xəbərdarlığı ya unudub, ya da hesaba almır: "Dövlət tərəfindən müəyyən edilmiş layihələrin icrasına dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılsa da, bəzi icra başçıları sahibkarların pulunu vermək istəmir, onları incidirlər, hətta idarə-müəssisələrdən pul tələb edirlər. Xəbərdarlıq edirəm"! - bundan artıq deyilsi nə qalır?!

Mövzunu nəzarətdə saxlayacağıq, bizi izləyin.

P. S. Yazı mətbuat üzərindən aparılan araşdırma nəticəsində tərtib olunub.

P. P. S. Adı çəkilən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq

Paralel.az

0.024166107177734