İsraildən Ermənistanla bağlı şok iddia - FOTOFAKT

İsraildən Ermənistanla bağlı şok iddia - FOTOFAKT
 

İran Ermənistan üzərindən xarici ölkələrə silah ixracını həyata keçirir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə İsrailin “İsrael-Alma” tədqiqat mərkəzi “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı” adlı məqaləsində deyilir.

Yazıda Ermənistanın İranla hərbi əməkdaşlığı, xüsusən də Ermənistanın 2007-ci ildə necə silahlanması barədə qeyd olunub. Nəşr İran qüvvələrinin Suriyadakı Amerika qoşunlarına qarşı istifadə etdiyi raketlər məsələsinə toxunub. Mərkəz xatırladıb ki, İran bunu Hələbdəki erməni icması vasitəsi ilə həyata keçirir.

Məqalədə deyilir ki, İran və Ermənistan arasında əməkdaşlıq Suriyaya, eləcə də İranın maraq dairəsində olan digər bölgələrə də şamil edilir. 

“Məsələn, 2007-ci ildə İran Ermənistan vasitəsi ilə Yaxın Şərq ölkələrindəki iranpərəst silahlı birləşmələrə İraqdakı Amerika qoşunlarına qarşı istifadə etmək üçün raketlər verib. İran hazırda Qarabağ bölgəsi ilə bağlı Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyir və bu ərazidə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələri fəaliyyət göstərir”, - nəşr yazır.

Mürtəza
Ölkə.Az

 

0.022658824920654