Patent fəallığının yüksəldilməsində ATM-in rolu -dos. İlham Əhmədov
Patent fəallığının yüksəldilməsində ATM-nin rolu.
İlham Əhmədov
Biliklərə əsaslanan iqtisadiyyatın inkişafında ixtira və innovasiyaların yaradılması, onlara patentlərin alınması, iqtisadiyyatda tədbiqi çox mühümdür.
2015-ci ildə ABŞ-da 58.000, Yaponiyada 44.000, Çində 29.000, Almaniyada 18.000 patent alınmışdır.
2022-ci ildə Çin, ABŞ, Yaponiya, Koreya Respublikası və Almaniyadan olan innovatorların liderliyi ilə patent müraciətlərinə tələbat qlobal miqyasda artmağa davam etdi. Bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dərc etdiyi press-relizdə sübut edir.
2022-ci ildə patent müraciətləri 0,3 faiz artıb. Ən əhəmiyyətli artım Hindistan (+25,4%) və Koreya Respublikasında (+6,2%) müşahidə olunub. Ümumi təvazökar artım tempi 2022-ci ildə hökm sürən çətin iqtisadi şərtləri əks etdirir. Buna baxmayaraq, şirkətlər innovasiyalara və əqli mülkiyyətə sərmayə qoymağa davam edirdilər.
Bu işdə Asiya ölkələri liderlik edirlər. Asiya 2012-ci ildəki 40,3 faizdən 2022-ci ildə ümumi sayının 54,7 faizini təşkil edərək, beynəlxalq patent müraciətlərinin aparıcı mənbəyi kimi mövqeyini qoruyub.
Aparıcı innovativ ölkələr sırasında Çin, ABŞ, Yaaponiya, C.Koreya və Almaniya fərqqlənir. 2022-ci ildə Çin əvvəlki illə müqayisədə bir qədər (0,6%) artaraq cəmi 70,015 patentlə müraciətlərin sayında birinci yeri tutmağa davam etdi. ABŞ 59 056 müraciətlə ikinci olub (2021-ci ildən 0,6% az). Yaponiya 50,345 müraciətlə (+0,1%) növbəti yerdədir. İlk beşliyi müvafiq olaraq 22 012 (+6,2%) və 17,530 (+1,5) müraciətlə Koreya Respublikası və Almaniya tamamlayıb. Koreya Respublikası ilə yanaşı, Hindistan (+25,4%) və Fransada (+5,9%) müraciətlərdə də güclü artım müşahidə olunub.
Korporasiyalar arasında liderlər Çinin telekommunikasiya nəhəngi “Huawei Technologies” böyük fərqlə təqdim edilən müraciətlərin sayına görə lider olaraq qalır. İkinci yerdə Koreyanın “Samsung Electronics” şirkəti qərarlaşıb. Nippon Telegraph and Telephone Corp. kəskin sıçrayış etdi, 2022-ci ildə beş pillə yüksələrək yeddinci yerə yüksəldi.
Təhsil sektorunda isə Kaliforniya Universiteti aparıcı patent iddiaçısı olaraq qaldı. Zhejiang Universiteti ikinci, Soochow Universiteti, Leland Stanford Universiteti və Texas Universiteti Sistemi ardınca gəldi.
Azərbaycanda isə 2015-ci ildə 30 patent, 2019-da 50 patent alınıb. Göründüyü kimi fərq min dəfələrlədir. Çünki, bu ölkələrdə elmə qoyulan investisiyalara da bizdəkindən 1000 dəfələrlə çoxdur. Qeyri neft sektorunun inkişafı məhz bu yoldan keçir ...
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” milli prioritetlərinin reallaşdırılması bu çox ciddi geriliyin qismən aradan qaldırılmasına yönəlib. Bu məqsədlə ölkədə 2 Tədqiqat universitetinin yaradılması da nəzərdə tutulub.
ETN-nin fəaliyyətinin mühüm bir istiqaməti də bu məsələlərin inkişaf etdirilməsinə yönəlməlidir. Proseslər isə hələ də ləng gedir.
"Paralel.az"