Şirinyan - Müharibə vaxtı da bir çoxları “arvadının ətəyinin altında” qaçırdılar

Şirinyan - Müharibə vaxtı da bir çoxları “arvadının ətəyinin altında” qaçırdılar
 

“Şöbələrə xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “təhlükəsizlik xidməti” necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, bu “post patrulları” (Deməli, bu adamlar quldur birləşmələrinin postlarında xidmət ediblər – red.) gedir? Deməyin ki, mən Qarabağın “mühafizəçilərini” tənqid edirəm, belə bir şey yoxdur. İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkil çəkdirib dərc edirlər”.

Bunu erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirərkən qeyd edib.

O bildirib ki, müharibə vaxtı da bir çoxları “arvadının ətəyinin altında” qaçırdılar:

“Heç deməyin ki, onlar (Qarabağdan gedənlər - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olub müayinəyə gedirlər. Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir. Əgər sualıma ciddi cavab verilməsə, heç bir qurumu rahat buraxmayacağam. Yetər, mənim ağzımı açdırmayın. Müharibə vaxtı isə belə qoyunlar arvadlarının ətəyinin altına girib qaçırdılar, İrəvanda əylənirdilər... Sözümü deyəcəyəm, utanmıram. Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medallar aldılar”, - Şirinyan qeyd edib.

 

 

0.0098090171813965