Dövlət bankının rəhbərliyində yeni TƏYİNAT

Dövlət bankının rəhbərliyində yeni TƏYİNAT
 

“Azər Türk Bank” ASC-nin İdarə Heyətinə iki üzv təyin olunub.

Paralel.az”ın məlumatına görə, sözügedən şəxslər Ələkbərov Emil Etibar oğlu və Gəncəli Araz Xəzər oğludur.

Qeyd edək ki, E. Ələkbərov bankın Risk Menecmenti Departamentin, A. Gəncəli isə Biznes Proseslərin İdarə Edilməsi Departamentinin direktorudur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin “Zıraat Bank”ına, 1,1%-i “Ziraat Bank İnternational”a, 6,5%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Könül
Ölkə.Az

 

 

0.013334989547729