Roma Statutunun ratifikasiyası Ermənistanın təhlükəsizliyi ilə bağlıdır

Roma Statutunun ratifikasiyası Ermənistanın təhlükəsizliyi ilə bağlıdır
 

Ermənistan-Rusiya münasibətləri kontekstində mən rusiyalı həmkarlarımın bəyanatlarını rəhbər tuturam.

"Paralel.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, qeyd edib ki, bütün bəyanatları diqqətlə dinləməyə borclu deyil, amma Rusiya rəhbərliyinin sözlərini diqqətlə izləyir.

"Beləliklə, Rusiya prezidenti Vladimir Putin dedi ki, Rusiya Federasiyasının Ermənistanla və şəxsən mənimlə heç bir problemi yoxdur", - Paşinyan bildirib.

O, hökumətinin Roma Statutunu parlamentə göndərdiyini və onun mövqeyi nəzərə alınmaqla parlamentdəki həmkarlarının dəstəyi ilə ratifikasiya olunacağını deyib:

“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”.

 

0.014102935791016