Zəngəzur dəhlizi türk dünyası üçün yeni əməkdaşlıq imkanları açır

Zəngəzur dəhlizi türk dünyası üçün yeni əməkdaşlıq imkanları açır
 

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin 160 milyonluq gənc və dinamik əhalisi olan, 1 trilyon dolları aşan iqtisadi böyüklüyə malik olmaqla qlobal gücə çevrilmə potensialına malik bir coğrafiyadır.

“Paralel.az” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adulkadir Uraloğlu TDT Multi-Modal Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu böyük potensialı reallaşdırmaq üçün əməkdaşlıq və həmrəyliyə ehtiyac var. 

O bu məqsəldə TDT çərçivəsində imzalanan beynəlxalq daşımalar üzrə Sazişinin ən qısa zamanda qüvvəyə minəcəyinə ümid etdiyini qeyd edib. 

“Sazişi həyata keçirilərkən birləşmiş daşıma əməliyyatlarını və Xəzər keçidlərini əhəmiyyətli dərəcədə təşviq edəcəyik. Beləliklə, biz hamımızın önəm verdiyi Xəzər dənizindən keçən Şərq-Qərb Orta Dəhlizinin Avrasiya daşımalarında payını xeyli artıracağıq”, - deyə o bildirib. 

Nazir Uraloğlu təşkilata üzv ölkələr arasında fiziki əlaqənin ən mühüm və strateji komponentlərindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun türk dünyasının iqtisadi inkişafı və firavanlığı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.  

“Biz orta müddətli perspektivdə Orta Dəhliz və BTQ dəmir yolu xətti ilə Çin və Türkiyə arasında hər il 200-dən çox müntəzəm blok konteyner qatarı işlətməyi hədəfləyirik. Digər tərəfdən, biz region ölkələri ilə birlikdə Orta Dəhlizin digər mühüm komponenti olan Xəzər tranzitinin səmərəli və qənaətcil olmasına diqqət yetirmişik.

Əminəm ki, biz birgə səylərimizlə logistika əməliyyatlarında problemlər yaradan yüksək rüsumları və nizamsız üzmə problemlərini tez bir zamanda həll edəcəyik və Xəzər nəqliyyat dəhlizlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik”. 

Zəngəzur dəhlizinin perspektivi və əhəmiyyəti barədə danışan türkiyəli nazir deyib ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizinin  həyata keçirilməsi bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Biz bütün region ölkələrinin faydalanacağı bu xətti, o cümlədən onun əlaqələrini mümkün qədər tez başa çatdırmaq üçün Azərbaycanla çox sıx işləyirik”, - deyə o bildirib. 

Nazir Uraloğlu əlavə edib ki, Zəngəzur dəhlizi bütövlükdə bölgə üçün yeni imkanlar açır. “Bu dəhliz Qafqazda normallaşma prosesi üçün həyati əhəmiyyət kəsb edir”, - o deyib.

 

0.014611959457397