Tarixi faciələrlə "zəngin" olan ölkə: milyonlarla insan ölüb - FOTO

Tarixi faciələrlə
 

Çin tarixən daşqınlardan ən çox zərər çəkən ölkələrdən biridir və fəlakətlərdə milyonlarla insan həlak olub.

Paralel.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Çində 1900-cü illərin əvvəllərindən bəri milyonlarla hektar kənd təsərrüfatı sahəsi, ev və iş yerləri su altında qalıb.

Aclığa, epidemiyalara və iqtisadi çətinliklərə səbəb olan daşqınlar Çinin tarixinə, təbiətinə və iqtisadiyyatına da uzunmüddətli təsirlər buraxıb.

Belə ki, 1887-ci ildə Huayuankou şəhərinin yanındakı Sarı çayın daşması nəticəsində 900 min ilə 2 milyon arasında insanın öldüyü ehtimal olunur.

2 milyon insanın evsiz qaldığı və böyük miqyasda əkinçilik sahələrinin su altında qaldığı bu fəlakət "Çinin kədəri" kimi tanınır.

“Jiangsu-Anhui” daşqını 1911-ci ildə dünyanın üçüncü ən uzun çayı olan Yanszı çayı və Çinin ən böyük Huai çayının eyni vaxtda daşmasından sonra baş verib.

Daşqın nəticəsində ölənlərin sayı təqribən 100 minə çatıb, təxminən 375 min insan evsiz qalıb.

1931-ci ilin iyulunda 2 illik quraqlıqdan sonra yağan güclü qar və yağış nəticəsində Çin tarixin ən böyük daşqınlarına təslim olub.

Avqust ayında ölkənin ən böyük çayları - Yanszı, Sarı və Huai bəndlərini qıraraq daşıblar.

Baş verən daşqınlarda ölənlərin sayının bir milyon ilə dörd milyon arasında olduğu təxmin edilir.
Əkin sahələrinə təsir edən fəlakət səbəbi ilə aclıq yaşanıb, epidemik xəstəliklər ölənlərin sayının artmasının ən böyük səbəblərindən olub.

1935-ci ildə Çində Yanszı çayının daşması nəticəsində isə 145 min insan həlak olub, milyonlarla insan evsiz qalıb.

Bu daşqının ardınca böyük qıtlıq gəlib. Vərəm, malyariya və dermatit kimi ölümcül xəstəliklərə yol açıb.

Çində ölkə tarixindəki ən böyük daşqınlardan biri 1975-ci ildə “Nina” qasırğası səbəbindən Banqiao bəndinin dağılmasından sonra baş verib.

Ən azı 86 min insanın öldüyü daşqın nəticəsində yaranan aclıq və xəstəliklərdən təxminən 145 min insan həlak olub.

Təbii fəlakətlərin səbəb olduğu daşqınların tez-tez Çini vurduğu bilinsə də, Sarı çay daşqını 1938-ci ildə Çin-Yapon müharibəsi zamanı Çin hökuməti tərəfindən süni şəkildə yaradılıb.

Yapon qüvvələrinin irəliləyişini dayandırmaq istəyən Çin hökuməti Sarı çayda bəndləri dağıdıb, lakin fəlakətin qurbanları çinlilər olub.

Sarı çay daşqını zamanı bir çox Çin şəhəri su altında qalıb və təxminən 800 min insan həlak olub.

Günay

 

 

0.017465114593506