Eyyub Hüseynov: “Təhlükəli geyim mallarının satışa cıxarılması gözlənilir”
Ölkə gündəmi müxtəlif xəbərlərlə zəngindir. Bu sırada Azad İstehlakçılar İctimayi Birliyi “FB Company” MMC ilə “Azure Business Center”də yerləşən “Megafun” Ticarət Mərkəzinin sahibləri arasında davam
edən münaqişə ilə əlaqədar sənaye mallarının keyfiyyətinə dair akkredasiya olunmuş rəsmi qrumlar tərəfindən hazırlanmış ekspertiza sənədlərini əldə edib. Sınaq nəticələrinə dair rəsmi cavabların təhlili göstərir ki, ekspertizaya təqdim olunan çoxlu sayda usaq və böyüklər üçün üst və alt geyimlərinin uzun müddət saxlanması zamanı (20 min sayda) geyimlərdə yananməş kiflərin, qurd və həşaratların təmizlənməsi üçün Beynəlxalq konvensiya ilə istifadəsi qadağan olunmuş DDT və onun metabolitləri vasitəsi ilə kimyəvi müdaxilələr olunmuşdur.
Qurumun rəhbəri Eyyub Hüseynov sözügedən məsələ barədə açıqlama verib: “DDT və onun metabolitləri vasitəsi ilə kimyəvi müdaxiləyə məruz qalmış bu geyimlər istehlak olunarsa insan orqanizminə kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu kimi
problemlər yarada bilər.Biznes qurumları öz mənafeləri naminə hər cəhdlə belə malları bazara çıxarıb əhaliyə satmağa cəhd göstərə bilərlər. Qeyd edək ki, istənilən sənaye malının, o cümlədən daha həssas olan uşaqlar üçün geyim mallarının müəyyən saxlanma şəraiti, yararlılıq müddəti kimi
standartlar mövcuddur. Azad İstehlakçılar İctimayi Birliyi bu malların hərəkət trayektoriyasını təqib edəcəkdir və mümkün olan işləri görəcəyik ki, bu mallar istehlakçılara çatmasın.
Dövlət orqanlarına müraciət edirik ki,bu məsələni təqib etsinlər və bu cür təhlükəli malların insanlara çatdırılmasının qarşısı alınsın. Azad İstehlakçılar İctimayi Birliyi olaraq qeyd edirik ki, bu cür geyimlərin satışı yolverilməzdir. Biznes qurumlarını da istehlakçıların həyat və sağlamlıqları üçün təhlükəli əməldən çəkinməyə çağırırıq”.
Nigar, "Paralel.az"