Türkiyənin milli müdafiə naziri Kərim Vəliyevi qəbul edib - VİDEO

Türkiyənin milli müdafiə naziri Kərim Vəliyevi qəbul edib - VİDEO
 

Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Müzakirələrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak da iştirak edib.

Qeyd edək ki, K.Vəliyev Türkiyədə səfərdədir.

 

 
0.014268159866333