Bacısını və dayısı oğlu ilə yataqda tutdu, ikisini də bıçaqladı

Bacısını və dayısı oğlu ilə yataqda tutdu, ikisini də bıçaqladı
 

Qəbələdə bacısını və dayısı oğlunu bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb.

"Paralel.az" “Unikal”-a istinadla xəbər verir ki, hadisə Qəbələ rayonunun Zarağan kəndində baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Sədi Məmmədov (soyadlar şərtidir) bacısı Gülnarə Məmmədova ilə dayısı oğlu Murad Əliyevi yataqda yaxın münasibətdə olarkən tutub. O, dayısı oğluna yeddi, bacısına isə səkkiz bıçaq zərbəsi endirib. 

Cinayəti törədən Sədi Məmmədov dayısına məxsus “Hyundai” markalı avtomobillə hadisə yerində qaçmağa çalışıb, amma Savalan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarına yuvarlanıb. Avtomobil yararsız hala düşdüyündən o, piyada Ağdaş rayonuna gedib.

Zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıblar və onların həyatlarını xilas etmək mümkün olub. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib.

0.017462968826294