Mağazadan qarpız alıb yeyən qadın öldü

Mağazadan qarpız alıb yeyən qadın öldü
 

Moskvalı qadını zəhərləyib öldürən qarpız Həştərxandan gətirilib.

Paralel.az -ın xarici mediaya istinadla xəbərinə görə, mərhum qadın onun ölümünə səbəb olacaq qarpızı “Sportivnaya” metrosu yaxınlığındakı “Meyvə cənnəti” mağazasından alıb.

Hazırda araşdırma aparılır, hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri araşdırır, mallar götürülüb və ekspertizaya göndəriləcək. Artıq mağazanın bağlandığı da məlumdur. Polis satıcını sorğu-sual üçün aparıb. Bəzi məlumatlara görə, mağazanın sahibləri əslən azərbaycanlı olan ər-arvaddır.

0.015983104705811